Sentyabrın 18-də ölkəmizdə dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı açılır.
Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar çıxış edəcəklər.






