İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonun gizli hesabı: Kuba rejiminin açarı Venesueladır

501 13.12.2025 11:12 Dünya A A

ABŞ-ın dövlət katibi Marko Rubio Venesuelanı Kuba hökumətinin devrilməsi üçün əsas həlledici faktor kimi qiymətləndirir.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazır.

Nəşrin məlumatına görə, Rubio uzun müddətdir ki, Havanın Venesuela Prezidenti Nikolas Maduronu kəşfiyyat məlumatları və təhlükəsizlik dəstəyi ilə qoruduğuna inanır. Onun fikrincə, Maduro hakimiyyətinin devrilməsi Kubanın əsas dayaq nöqtələrindən birini sıradan çıxarar və nəticədə ada dövlətindəki siyasi rejimi ciddi şəkildə zəiflədər.

Rubio hesab edir ki, Venesuelanın itirilməsi Kubanın iqtisadi və siyasi baxımdan yaşamaq imkanlarını məhdudlaşdıracaq və bu, Havanın daxili sabitliyini sarsıda bilər.

NYT yazır ki, bu yanaşma Rubio üçün Latın Amerikasına dair strateji baxışın mərkəzində dayanır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR