ABŞ prezidenti Donald Tramp gələn həftə Venesuela müxalifətinin keçmiş üzvü Maria Corina Maçado ilə görüşə biləcəyini bildirib.
Musavat.com xəbər verir ki, Tramp "Fox News"a verdiyi müsahibədə deyib:
"Mənim başa düşdüyüm odur ki, o, gələn həftənin bir günü gələcək və mən onunla salamlaşmağı səbirsizliklə gözləyirəm. Eşitdim ki, o, bunu etmək istəyir".
Qeyd edək ki, Maçado dekabr ayında Nobel Sülh Mükafatını şəxsən almaq üçün Osloya gedib. Lakin o, mərasimə çatmayıb; mükafatı qızı qəbul edib. Onun hazırda harada olduğu məlum deyil.
Musavat.com






